Erməni mediasının Laçının tarixi ilə bağlı daha bir aşkar xəritə saxtakarlığı…

“Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub…” «1923-cü ilin topoqrafik xəritəsini sizə təqdim edirəm. Diqqət edin ki,  Ermənistan SSR ilə DQMV arasında ümumi quru sərhədi olub və hətta Berdzor şəhəri (xəritədə Abdallar kəndi kimi qeyd olunub) Ermənistan SSR-in tərkibində olub».

İctimaimedia Moderator.az-a istinad edərək xəbər verir ki, bu saxtakar cümlələr “RepublicofNorthernArtsakh” erməni teleqram-kanalında yayılıb. Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub. Halbuki, diqqətlə baxanda aydın görünür ki, 1926-cı ildən Laçın şəhəri adlanmış həmin məntəqə Azərbaycan SSR sərhədlərinin daxilindədir. Sadəcə, xəritənin miqyası kiçik olduğundan və o dövrün xəritələri qeyri-dəqiq çəkildiyindən məntəqənin işarəsi Ermənistanla sərhədə çox yaxın düşüb, “Abdallar” sözü isə Ermənistan sərhədi daxilində yazııb. Digər bir yalan isə guya Ermənistan SSR-in keçmiş Dağqlıq Qarabağ Muxtar Vilayəti ilə ümumi quru sərhədinə  malik olmasıdır. Belə bir məsələ də olmayıb. Sadəcə, yenə də xəritənin qeyri-dəqiq çəkilməsi ucbatından Abdallar yaxınlığında  Azərbaycan SSR, Ermənistan SSR və keçmiş DQMV-nin sərhədləri bir nöqtədə qovuşur… Göründüyü kimi, ermənilər növbəti dəfə diqqətsiz oxuculardan yararlanmaqla  dünyaya növbəti saxtakarlıqlarını sırımağa çalışırlar… Sultan Laçın 

Комментарии закрыты.