Cahit Bağçı Qanlı Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Twitter” hesabından Qanlı Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar başsağlığı verib. 

“Bu gecə qərənfillərin ağladığı gecədir, bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik, istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları şad, məkanları cənnət olsun.

Комментарии закрыты.