Bill Qeytsdən koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq

Yaxın gələcəkdə dünya əhalisi koronavirus pandemiyasından daha yüksək ölüm və ya ağır xəstəliyə səbəb olan xəstəliklə üzləşə bilər.

Bu barədə “Microsoft”un qurucusu Bill Qeyts proqnoz verib.

Sahibkar daha dəhşətli virusların təhlükəsinin qaldığını bildirib. O, hökumətləri növbəti epidemiyalarla mübarizə üçün milyardlar ayırmağa çağırıb.

Onun sözlərinə görə, hazırda peyvəndlərə qeyri-bərabər çıxış probleminin həlli üçün məsuliyyət zəngin ölkələrin xeyriyyəçilərinin və hökumətlərinin üzərinə düşür.

İş adamı bildirib ki, növbəti pandemiyaya hazırlaşmaq üçün innovasiyaların inkişafı digər qlobal sağlamlıq problemlərinin həlli üçün faydalı ola bilər.

Mənbə: Financial Times

Комментарии закрыты.