Bayden Putinə qalib gəlib: O, buna belə asanlıqla necə nail olub…

Bayden Putinə qalib gəlib. 2022- ci il fevralın 24- ə keçən gecə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün necə nəticələnəcəyindən asılı olaraq qalib gəlib. Təcrübəli ovçu dişlərini qıcayan vəhşi heyvanı tələyə aparan yolda təqib etdiyi kimi, Bayden Putini müdaxiləyə sövq edib: ilk sanksiyaların ritorikasına uyğun gəlməyən yumşaqlığı ilə, Ukraynaya onun xahişlərinə rəğmən kiçik yardımı ilə…Və Putin bu hiyləyə uydu. 

Bu, çətin deyildi. ABŞ xüsusi xidmət orqanlarında çoxdan bəri Rusiya prezidentinin psixoloji və davranış profilini tərtıb ediblər. Bu, 90- cı illərin adi «qaqaş»larından olan, üstəlik, bütün diktatorların «xəstəliyi»nə mübtəla olan, çoxdan öz səltənətlərinə yiyələnən, obyektiv informasiya mənbələrindən məhrum olan, bu səbəbdən yanlış qərarlar qəbul edən birisidir.

Bəs «qaqaşı» necə «qıcıqlandırmaq olar?

Açıq-aşkar hörmətsiz ifadə ilə!

Bayden Putini açıq şəkildə saya salmayaraq, onun sözlərinə, vədlərinə və hərəkətlərinə «lazımınca» reaksiya verməyərək, Putini təhrik edirdi: di, başla! Və Putin itaətkarcasına başladı!Bəzi şərhçilərin verdiyi «Nədən Bayden məsələni savaşa çatdırıb?» sualına cavab bundadır. Axı, əsl həqiqətdə Ukraynanın NATO- ya qəbul etməmək qərarını təsdiq etməkdən asan nə vardı ki, onu orada heç gözləyən yox idi! Bu sualı verənlər nəinki Bjezinski taktikasından, heç ABŞ praktikasından xəbərləri yoxdur. Son onilliklər ərzində ABŞ məhz bu təcrübədən yararlanıb: biz gücümüzü, pullarımızı, uşaqlarımızın həyatını öz düşmənlərimizin zəifləməsinə sərf etməyəcəyik, o vaxta qədər ki, özləri özlərini maksımal dərəcədə zəiflətsin.

Lend-liz- Ukraynanın ABŞ və Qərbin digər tərəfdaşlarından gözləyəcəyi strategiya bundan ibarətdir.

Qərb onun əvəzinə problemlərini həll etməyəcək, lakin onları məhz Rusiyanın qarşıdurması hesabına həll edəcək.

ABŞ Sovet İttifaqına ona görə pul və texnika yardımını edib ki, onların düşməni olan Hitler Almanıyası Pskov və Volqoqrad ətrafında ilişsin, o dərəcədə nəfəsi kəsilsin ki, onu yalnız bitirmək qalsın.

SSRİ Əfqanıstanda döyüşmək qərarına gələndə, ABŞ taliblərə yardım edib və bu savaş «şər imperiyası»nın qalıqlarını sarsıdıb.

ABŞ Krımın ilhaqını, Donetsk və Luqanskın ələ keçirilməsini də sakitcə seyr edib: bütün bu «qələbələr» (Soçi Olimpiadası kimi təmtəraqlı milli layihələr kimi) onsuz da boşalan Rusiya büdcəsini soracaq. Düşmən nə qədər zəif olsa, onu bitirmək daha asan olur, heç dalaşmağa da ehtiyac qalmır, sadəcə, yavaçca itələsən, 1987- ci ildə olduğu kimi, gil ayaqlarda dayanan sünbül özülündən qopub düşəcək. 

«Sovet İttifaqı yeni radikal və aqressiv addım atıb. O, öz nəhəng hərbi gücündən i nisbətən zəif və köməksiz ölkəyə qarşı istifadə edib…Böyük dövlətin əvvəllər heç bir başqa aksiyası dərhal və yekdil pislənməyə səbəb olmayıb. Lakin sözdə pisləmək kifayət deyil. Sovet İttifaqı öz təcavüzünin konkret bədəlini ödəməlidir». Karter doktrinası. 23. 01. 1980- ci il. 

Rusiya yeni savaşdan nə qazana bilər? Tamamilə heç nə. Mərkəzi və Reyxin vətənini zəbt etdiyi ərazilərin talanı hesabına təmin edən Hitlerdən fərqli olaraq, Putin üçün istənilən yeni «uğurlu» zəbtetmə ələ keçirdiyi ərazilərin saxlanılması və təminatına sərfiyatı artıracaq.

Avro 100 rubla və 85 dollara yaxınlaşır. Moskva birjası 45 % — ə düşüb, hətta dünyada neftin və qazın qiymətinin müvəqqəti artmasından əldə olunan şəxsi mənfəət cəmiyyətdə heçə enir- depressiyanın güclənməsi, Rusiyanın mərkəzi bankından imtina, oliqarxların aktivlərinə dəyən zərər, — bunları biz hələ xatırlatmırıq, indi bütün bunlar istisnasız olaraq Putin üçün istənilən sanksiyalar üçün bəhanədir və artıq qəbul edilib. 

Savaş nə qədər uzun çəkərsə, Rusiya ordusu bir o qədər «qələbə» əldə edəcək, Putin rejiminin çöküşü bir o qədər yaxınlaşacaq.

Bu isə çoxlarını sevindirəcək, çünki son onilliklər ərzində Rusiyanın onun kimi təhlükəli və dağıdıcı düşməni olmayıb.

Zbiqnev Bjezinski hələ 30 il əvvəl Rusiya ilə Ukrayna arasında «boşanma»nı proqnozlaşdıra bilib, onun ABŞ prezidentinin müşaviri olduğu zaman ABŞ SSRİ- ni Əfqanıstana soxulmağa sövq edib. Bundan əvvəlki «Trumen doktrinası» ötən əsrin 40- cı illərində Yunanıstanda və Türkiyədə kommunist çevrilişlərinin qarşısının alınmasında uğurlu olub: qoşunlar cəlb olunmayıb,  amma hökumətlərə ciddi maliyyə, texniki və informasiya yardımı göstərilib. Karter doktrinası SSRİ- yə qarşı Əfqanıstana soxulandan sonra münasibəti müəyyən edib. 

Bu üç böyük dövlət xadimi qrossmeyster Baydenin necə asanlıqla təcrübəsiz Putini «Böyük şahmat taxtası»nda «tsuqtsvanq»a saldığına tamaşa edərkən, çiyinlərini çəkərək, düşünərdi: gözlənilməz heç nə yoxdur, yeni heç nə yoxdur. Moderator.az

Emil Şleymoviç, «Detaly», İsrail

Комментарии закрыты.