Bakıda məktəbdə koronavirusa görə siniflər bağlandı

Bu gündən Bakıda COVID-19 infeksiyası səbəbi ilə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə iki sinif fəaliyyətini distant formada davam etdirəcək.

İctimaimedia Oxu.az-a istinadən məlumat verir ki, Gigiyena Epidemioloji Mərkəz təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.

Məktəbdə müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 7 gün müddətində distant tədrislə əvəz olunub.

Комментарии закрыты.