Azad olunmuş kəndlərin şəhərsalma əsaslandırılması hazırlanacaq

Kəlbəcər, Cəbrayıl, Laçın və Qubadlı rayonlarının bir sıra yaşayış məntəqələrinin şəhərsalma əsaslandırılması hazırlanacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı müvafiq işlərə başlayıb.

Şəhərsalma əsaslandırılmasının hazırlanması işləri Cəbrayılın Yuxarı Mərcanlı, Cocuq Mərcanlı kəndləri, Qubadlının Balasoltanlı, Qaraimanlı, Padar, Xocik, Mərdanlı, Diləli Müskənli, Saray, Qəzyan kəndləri, Laçının Səfiyan, Türklər, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Daşlı kəndi, Hətəmlər, Hacıxanlı, Bulaqdərə, Qovuşuq, Vəlibəyli, Narışlar kəndləri, Kəlbəcərin isə Keşdək, Çəpli, Susuzluq kəndlərini əhatə edəcək.

Комментарии закрыты.