Azərbaycanda ailələr daha çox iki uşaq sahibi olur — NİYƏ?

Azərbaycanda ailələr daha çox iki uşaq sahibi olmağa üstünlük verirlər.

İctimaimedia.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin məlumatları sübut edir.

Belə ki, 2019-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ev təsərrüfatlarının sayı 1.3 milyondan çox olub.

Onların 557.8 mini iki uşaqlı, 423 mini bir uşaqlı, 256 mini üç uşaqlı, 110.4 mini dörd və daha çox uşaqlı ev təsərrüfatlarıdır.

Комментарии закрыты.