Azərbaycan və Türkiyə arasında 1 milyardlıq müqavilə imzalanacaq

Ictimaimedia.az xəbər verir ki, bu barədə  “Middle East Eye” məlumat yayıb.

Bildirilib ki, yaxın həftələrdə Türkiyə Azərbaycanla 1 milyard avroluq svop müqaviləsi imzalayacaq. Təklif olunan saziş Türkiyənin valyuta ehtiyatlarını artırmaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svoplarından biridir.

Məlumata görə, sazişin tamamlanmasına baxmayaraq, imzalanma vaxtı dəqiqləşməyib.

Bundan əlavə, bir müddət öncə Türkiyə Birləşmiş Ərəb Əmirlikləri ilə təxminən 5 milyard dollarlıq valyuta svop müqaviləsi imzalayıb.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları keçən ay mənfi 56 milyard dollara düşüb. Bu da 2002-ci ildən bəri bankın lirəni sabitləşdirmək üçün sərt valyuta satışından sonra ən aşağı göstəricidir.

Комментарии закрыты.