Test olunmadan “Omikron”u müəyyən etməyin üsulu açıqlandı

Koronavirusun “Omikron” ştammı ilə yoluxmanın ilkin əlamətləri öskürək, burun tutulması, burun axması və yorğunluqdur.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis, ABŞ-ın İmmunlaşdırma Təcrübələri üzrə Məsləhət Komitəsinin üzvü Ketrin Polinqin verdiyi məlumata görə, Koronavirusun “Omikron” ştammı ilə yoluxmanın simptomları daha çox öskürək, burun tutulması, burun axması və yorğunluq olur.

Həkimin sözlərinə görə, “Delta” ştammından fərqli olaraq, yoluxma zamanı bir çox xəstə dad və iybilmə hissini itirmir. Ən çox görülən simptom isə boğaz ağrısı olaraq qalır.