Müəllimlər üçün ayrılan vakant yerlərin boş qalma səbəbi — VİDEO

İki mindən artıq vakant müəllim yeri üç ildir ki, heç bir namizəd tərəfindən seçilmir.

Bəs görəsən, müəllimlərə hansı əlavə imtiyazlar verilməlidir ki, sözügedən vakant yerləri boş qalmasın?

İctimaimedia.az xəbər verir ki, ekspertlər hesab edirlər ki, xüsusən ucqar yerlərdə müəllimlərin işləmək istəməməyinin əsas səbəbi maddiyyatla bağlıdır.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, stabil maaş verilsə, kommunal, nəqliyyat xərclərindən azad edilsələr, dövlət qulluqçusu statusu verilsə, hər kəs müəllim olmaq istəyəcək:

“Hətta yüksəl bal toplamış şəxslər də Bakı yox, bölgə məktəblərini seçəcəklər. Bu da həmin ərazilərdə təhsilin inkişafına gətirib çıxaracaq. Bütün ölkə üzrə müəllimlərə 500 manat stabil maaş, dərs dediyi saata görə əlavə pul verilməlidir”.