Son 2 ildə təhsildə hansı mühüm addımlar atılıb? — Təhsil naziri şərh etdi

“Elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində çalışırıq”.

İctimaimedia.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, son iki ildə elmin təhsillə inteqrasiyasından sonra bu sahənin inkişafında xeyli addımlar atılıb və nəticələr görülür: “Universitetlərin reytinqlər sırasında irəliləməsinin böyük hissəsi də məhz bundan sonra olub”.