Qardaş Türkiyədən möhtəşəm addım- Bütün dünya ŞOKDA

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin (TF-X) yaxın üç ildə ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.  

“Eurasian Times” nəşri xəbər verir ki, Türkiyənin dövlət aerokosmik şirkəti Sinqapur Hava Sərgisində TF-X döyüş təyyarəsinin real ölçüdə maketini nümayiş etdirib. 

Fevralın 15-dən fevralın 18-dək təyyarə modeli Changi Sərgi Mərkəzində olub. TF-X  “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35 Lightning II”yə bənzəyən beşinci nəsil qırıcıdır. 

Təyyarələr 2030-cu ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz etməlidir. 

TF-X, əsasən “hava-hava” missiyaları üçün nəzərdə tutulan ikimühərrikli çoxməqsədli qırıcıdır, lakin o, həm də yer hədəflərini vurmaq üçün istifadə edilə bilər. 

Türkiyə Dövlət Aerokosmik Şirkəti bildirir ki, TF-X proqramı çərçivəsində bütün kritik funksiyalar təmin edildikdən sonra Türkiyə belə texnologiyanın mövcud olduğu azsaylı ölkələrdən birinə çevriləcək. bizim.media