«Onların qəbuluna düşmək mənim qəbuluma düşməkdən daha çətindir»

Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir.

Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.Nazir qeyd edib ki, belə hallar var.

«Məktəb direktorları, valideynlərlə siz görüşürsürüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız?Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”,- deyə nazir əlavə edib.