Məktəblilərin dərs vaxtı etdikləri: ayağını stola qoyur, müəllimi ələ salır

Azərbaycan məktəblərində baş verənlər elə məktəblilər tərəfindən sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.

İctimaimedia Ölkə.Az-a istinadən xəbər verir ki, “TikTok”da paylaşılan görüntülərdə şagirdlərin dərs vaxtı nizam-intizam qaydalarını pozan hərəkətlər etməsi və həmin anları videoya alaraq paylaşması tənqid edilib.

Təhsil eksperti Kamran Əsədov isə söyləyib ki, hələ bu, görünən «hissə»lərdir:

«Əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq.
Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib? Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim. Sabah çox gec olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl bağçada tərbiyəçinin, məktəbdə isə direktorun şagirdə əl qaldırması ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olmuşdu. 

Billurə Yunus