Britaniyalı səyyah: “Qarabağın təbiəti, dağları möhtəşəmdir” — FOTO

“Ümid edirəm ki, gələcəkdə Azərbaycan və Ermənistan sülh içində yaşayacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyadan gəlmiş səyyah Samuel Ceyms Havtorn Şuşaya səfəri zamanı deyib.

Bunun onun regiona ilk səfəri olduğunu qeyd edən səyyah bildirib:

“Mən Qarabağı çox bəyəndim, təbiət, dağlar möhtəşəmdir. Buranın tarixi mənim üçün maraqlıdır”.