Azərbaycan və Rusiya prezidentlərinin ziyarət etdiyi Mürdaşıyan Zənənlər Kafedralının TARİXİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını ziyarət ediblər.

Tanınmış memar Elçin Əliyev «Facebook» hesabında binanın tarixi ilə bağlı paylaşım edib.

O qeyd edib ki, daş bina 1909-cu ildə şəhərin kənarında Alekseyevski kazarmasının ərazisindəki hərbi şəhərcikdə tikilib:

«Bundan əvvəl bu yerdə taxta kilsə var idi. Yeni müqəddəs bina «İçərişəhər»dəki kazarmadan bura köçürülən rusiyalı Salyan hərbi alayı üçün nəzərdə tutulub.

Əvvəlcə bina Müqəddəs Arxangel Mixailin şərəfinə 262-ci Salyan Piyada Alayının Kilsəsi adlanırdı.

800 nəfərin yerləşə biləcəyi kilsə binası standart layihə üzrə Rusiya hərbi xəzinəsinin vəsaiti hesabına tikilib. Layihənin müəllifi rus memarı Fyodor Mixayloviç Verjbitskidir. Kilsənin bünövrəsinin ilk daşı 1908-ci il mayın 6-da qoyulub.

Tikinti başa çatdıqdan sonra, 6 dekabr 1909-cu ildə bina təntənəli şəkildə təqdis edilib.

1920-ci ildə kilsə bağlandı. Ötən əsrin 1970-ci illərində burada topoqrafik xəritələr üçün anbar yerləşirdi.

Sonra binada idman zalı quraşdırılıb. 1980-ci illərin sonunda kilsə sovet paraşütçüləri üçün kazarma kimi istifadə olunurdu. 1990-cı il martın 2-də gecə saatlarında binada güclü yanğın baş verdi. Yanğın zamanı dam örtüyü yanaraq dağılıb, döşəmə çöküb, divarlar çatlayaraq qismən dağılıb.

1999-2003-cü illərdə, azərbaycanlı xeyriyyəçi Aydın Səməd oğlu Kurbanovun (09.11.1953 — 01.11.2003) şəxsi vəsaiti hesabına, kompleksdə əsaslı təmir-bərpa işləri aparılıb».