“ABŞ bizim enerji bazarımıza göz dikib” — Mariya Zaxarova

ABŞ Avropanın enerji bazarında Rusiyanın yerini tutmağa çalışır, məhz bu səbəbdən də Ukrayna ətrafında çaxnaşma yaradır.
 
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliyanın Rete4 telekanalına müsahibəsində belə deyib.
 
Zaxarovanın fikrincə, Rusiya “etibarlı qaz təchizatçısıdır” və onun əlində böyük Avropa bazarı var: «Bu, ABŞ-ı qıcıqlandırır, çünki bu, onların ələ keçirmək istədikləri nəhəng bazardır. Buna görə də onlar Ukrayna ətrafındakı vəziyyəti bəhanə edirlər, xüsusilə də «Şimal axını 2″nin qarşısını almaq, Almaniyanı layihədən imtina etməyə məcbur etmək, sanksiyalarla hədələyirlər. Məqsəd bu bazarı ələ keçirmək və onun resurslarını tədarük etməyə başlamaqdır”.
 
Zaxarova müsahibəsində İtaliyanı Avropada Rusiya əleyhinə sanksiyaların tətbiqi barədə səsvermə keçiriləcəyi zamanı veto qoymağı tövsiyə edib. O, həmçinin Rusiyanın Ukraynaya hücum etmək niyyəti ilə bağlı irəli sürülən ittihamları “dəli sayaqlaması və saxta” adlandırıb.
 

Комментарии закрыты.