Azərbaycan Rusiyanı necə xilas elədi? –SENSASİON FAKTLAR

1395-ci ildə böyük hökmdar Əmir Teymur Rusiya ərazilərinə daxil olub Moskvaya doğru irəliləməyə başladı. Qarşısında müqavimət görməyən Əmir Teymur 16 avqust tarixində şəhəri mühasirəyə aldı.

Bütün şəhər əhalisi başda knyaz Vasili Dmitreviç olmaqla ağ kəfən geyinib boyunlarından qılınc asıb 10 gün ərzində Mariya İkonası qarşısında diz çəkərək ” Ey İlahinin anası, rus torpaqlarını xilas elə” deyə dua edirlər. Ruslar artıq hər şeyin bitdiyini və məhv olacaqlarına tam əmin idilər ki…..

1395-ci ilin 26 avqustunda şəhərə hücum əmri verilməzdən əvvəl Əmir Teymurun çadırına çapar gəlir və ordu dərhal yığışıb geri dönürlər. Ruslar indiyə qədər bunun Mariya İkonasının gücü olduğuna inansa da əsl səbəb Azərbaycanın Naxçıvan bölgəsində Əmir Teymurun oğlu Miranşahın mühasirədə saxladığı Əlincə qalasında Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə üsyanın başlanması və Teymur ordusuna ağır zərbə vurması olur.

Məhz Azərbaycanda başlanan üsyanın yatırılmasını Moskvanın işğalından üstün tutan Əmir Teymur geri dönür.

O gündən bəri Rusiya zamanla güclənərək işğalçı imperiyaya çevrilir. Alp.az

Комментарии закрыты.