Türkiyə səfirindən Şuşaya “Şuşi” deyən erməniyə ETİRAZ

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistanın “ZartonkMedia” media qurumunun nümayəndəsinə etiraz edib.

İctimaimedia Modern.az-a istinadən xəbər verir ki, media şirkətinin Jora adlı maliyyə konsultantı tviter hesabındakı paylaşımında “Şuşi qətnaməsi” sözündən istifadə edib.

Səfir Yazqan “Şuşi” sözünə görə ona kəskin etirazını bildirib.

“ŞUŞA bəyannaməsi. Ermənilər şəhəri “Şuşi” adlandırırlar, lakin bəyannamənin rəsmi adı Şuşa bəyannaməsidir. Buna görə də istənilən istinad bu adla edilməlidir. Necə ki, İstanbul Konvensiyası Konstantinopol konvensiyası adlandırıla bilməz”,- deyə diplomat açıqlamasında qeyd edib.

Комментарии закрыты.