Olimpiadada gümüş medal qazanan boksçumuzdan sərt paylaşım — VİDEO

Paris Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran boksçumuz Alfonso Domingesin sosial media hesabındakı paylaşımı birmənalı qarşılanmayıb.

İctimaimedia.az xəbər verir ki, idmançı ona edilən tənqidlərə sərt şəkildə cavab verib.

“Bəli, bilirəm ki, əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Azərbaycan bayrağını yüksəklərə qaldırmışam. Sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz? Heç nə”, – sözlərini yazıb.

Onun bu postu sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Qeyd edək ki, Parisdə keçirilən yarışa 1/8 final mərhələsindən başlayan və ilk döyüşündə 2 qat olimpiya çempionu kubalı Xulio Sezar la Kruzu məğlub edən Alfonso Dominges 1/4 finalda qazaxıstanlı Aybek Oralbaydan güclü olub. Yarımfinalda isə ispaniyalı Emmanuel Reyesə qalib gələn Alfonso final mərhələsinə vəsiqə əldə edib. Lakin təmsilçimiz yarışın final mərhələsində özbəkistanlı Lazizbek Mullojonova məğlub olub və olimpiadanın gümüş medalına yiyələnib.

Комментарии закрыты.