RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ İŞLƏMİŞ BALDIZI OĞLU SAXLANILDI — AMEA-nı de-fakto idarə edirdi
AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
İctimaimedia Unikal.org-a istinadla xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının — arvadı Qalina Yuryevnanın bacısının oğludur.
O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.
Qeyd edək ki, AMEA-da baş verən bütün qanunsuzluqların başında da E. Əmirovun dayandığı bildirilir.
Комментарии закрыты.