Orta məktəbdən oğurluq olub

Yasamal rayonunda orta məktəbdən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından iki ədəd notbuk və printerin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Комментарии закрыты.