Planetin ən zəngin 5 adamı 85 milyard dollar itirib

İlin ilk bir neçə həftəsini ziyanla başa vuran zənginlər daha çox keçən həftə ağır zərbə alıblar.

İctimaimedia Blumberq-ə istinadən xəbər verir ki, milyarderlər indeksinə görə, dünyanın ən varlı adamı İlon Maskın sərvəti ilin əvvəli ilə müqayisədə təxminən 27 milyard dollar azalıb və 243 milyard dollara endirməsinə səbəb olub.

Dünyanın ikinci ən varlı adamı «Amazon»nun qurucusu Ceff Bezos 2022-ci ildə təxminən 25 milyard dollar itirib.

Blumberq indeksinə əsasən, «Microsoft»un həmtəsisçisi Bill Qeytsin sərvəti yanvarın 1-dən 9,5 milyard dollar, «Google»un həmtəsisçisi Larri Peycin sərvəti isə 12 milyard dollar azalıb. Zərərləri tamamlayan «Facebook»un sahibi Mark Zukerberqdir. Q, bu il 12 milyard dollar itirib.

Комментарии закрыты.