Dünyanın ən zəngin adamlarından biri «ölümsüzlük həbi»nə 3 milyard dollar ayırdı…

Amerikalı milyarder, Amazon şirkətinin banisi Cozef Bezos qocalmaya və ölümə qalib gələ biləcək dərman preparatının yaradılması ilə məşğul olacaq Alitos Labs srartapına ( «startup»-start götürən mənasındadır, hər hansı bir ideyaya əsaslanan və onun inkişafı üçün maliyyə tələb edən kommersiya layihəsidir) 3 milyard dollar investisiya yatırıb. 

İctimaimedia Moderator.az-a istinadən xəbər verir ki, bu barədə The Conversation internet-nəşri məlumat verib. Layihə planının məqsədi hüceyrələrin sağlamlığının bərpası, onların qocalmaya və və hətta əlilliyə gətirib çıxaran xəstəliklərə qarşı dözümlülüyü üzrə bioloji texnologiyasının işləyib hazırlamaqdır. Alimlər hüceyrələrin yenidən proqramlaşdırılması, yəni onların yetişməsindən sonra cavanlaşdırılması prosesi sayəsində «ölümə qarşı dərman» yaratmağı planlaşdırır. Nəzəri cəhətdən hüceyrələr get-gedə qocalan bədəni bərpa edə və hətta ağıl zəifliyi kimi yaşla bağlı dəyişiklikləri müalicə edə bilər. Layihənin rəhbəri Britanitanın GlaxoSmithKline əczaçılıq şirkətinin sabiq baş elmi əməkdaşı  təbabət üzrə doktor Hel Berrondur. Altos Labs-ın direktorlar şurasına kimya üzrə Nobel mükafatı laureatları Cenifer Dudna ( 2020, gen mühəndisliyi) və Franses Arnold (2018, enzimlərin tətbiqi) daxildir. Şuranın həmsədrləri təbabət üzrə doktorlar Hans Bişop və Pik Klauznerdir. İlkin olaraq Altos Labsın bazası San-Fransisko və San-Diyeqoda, həmçinin Britaniyanın Kembric şəhərində yerləşəcək. Şirkət həm də Yaponiya mütəxəssisləri ilə əməkdaşlıq etməyi planlaşdırır. Elmi institutlar tədqiqatlar aparacaq, təbabət institutu isə dərmanın işlənib hazırlanması ilə məşğul olacaq. «Qocalma, sadəcə, bizim hiss etdiyimiz və ya gördüyümüz dəyişiklik deyil. Bu, hüceyrə səviyyəsində baş verən prosesdır, — The Conversation belə yazıb.- Laborator fincanda yaşlı hüceyrələr təxminən 50 dəfə, yenidoğulmuşların hüceyrələri 80 və ya 90 dəfə, yaşlı insanın hüceyrələri isə cəmi 20 dəfə bölünür». Mütəxəssislər qeyd edir ki, məsələ həm də bundan ibarətdir ki, hüceyrələr təkamül edə bilsin və orqanizmdə həddən artıq çox müdddətə qalmasın, çünki son nəticədə bu, hüceyrələtin xərçəngə çevrilməsinə gətirib çıxara bilər. Bezosun Altos Labs startapına investisiya yatırmaq planı barəsində 2021-ci ilin sentyabrında məlum olub. Lakin yatırma faktı və onun məbləği haqqında dəqiq məlumat yox idi.Yalnız şirkətin alimlərə illik bir milyon dollar ödəyəcəyi haqqında məlumat verilirdi. Layihənin uğurlu ola biləcəyi hələ məlum deyil, amma güman edilir ki, tədqiqatçılar qocalma ilə mübarizə sahəsində yeni kəşflər edə biləcək.

Комментарии закрыты.