Fərhad Bədəlbəyli Tacir Şahmalıoğlunu konservatoriyadan qovub

Müğənni Tacir Şahmalıoğlu belə deyir

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu olub.

İfaçı illər öncə konservatoriyaya qəbul edilməməsindən danışıb:

“Fərhad Bədəlbəyli mənim kimi istedadlı sənətkarı Üzeyir Hacıbəyov adına Milli Konservatoriyadan qovdu. Elə bil məni öldürdü. Necə oldu ki, küçədən keçənlər oranı bitirdi, amma Tacir Şahmalıoğlu bitirə bilmədi?! Dediklərimin arxasındayam. Lap onun yanına gedib üzləşə də bilərəm. Mənim üzüm ağdır. O utansın ki, bu boyda sənətkarı ora həsrət qoydu”.

Комментарии закрыты.