Ermənistan prezidenti istefa verdi

İctimaimedia Sputnik.az-a istinadən məlumat verir ki, Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan istefa verməyi qərara alıb.

Bu barədə onun rəsmi saytında məlumat verilib.»Prezident ölkə və millət üçün hazırkı çətin durumda daxili və xarici siyasətə təsir etmək üçün lazımi alətlərə malik deyil», — Sarkisyan bildirib.Onun fikrincə, Ermənistan məzmunca deyil, yalnız formaca prezident respublikasıdır.Qeyd edək ki, Armen Sarkisyan 2018-ci il aprelin 9-dan Ermənistan prezidenti idi.Ermənistanda 2021-ci il iyulun 20-də parlament seçkisi keçirilib. 4 blok və 21 partiya iştirak etdiyi seçkidə hazırkı baş nazir Nikol Paşinyanın partiyası 53,91% səs qazanıb.

Комментарии закрыты.