ÜST-dən yeni ştamm xəbərdarlığı

Pandemiyanın bitdiyini söyləməkdən çox uzağıq. Ümumiyyətlə, Omikron ştammında daha yüngül simptomlar müşahidə olunur. Ancaq bunun yüngül bir xəstəlik olduğu illüziyasına qapılmayın.

İctimaimedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

O, yeni ştammların ortaya çıxa biləcəyini vurğulayıb:

«Bir çox ölkədə peyvənd nisbətlərinin aşağı olması xüsusilə narahatedicidir. Çünki peyvənd olunmamış insanların ciddi xəstəliyə tutulma və ya ölüm riski daha yüksəkdir».

Комментарии закрыты.