Vəkil Əziz Qənbərlinin Kənd Təsərrüfatı Nazirinə MÜRACİƏTİ

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədova

Fermerlərin hüquqlarının müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Qənbərov Əziz Həbib oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Nazir!

Siz Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə rəhbər təyin edildikdən sonra Siz və Nazirliyin bütün rəhbər şəxsləri yerlərdə fermerlərlə mütəmadi görüşlər keçirirsiniz. Bu görüşlər formal xarakter olmadığının dəfələrlə şahidi olmuşam və qaldırılan bütün məsələlər qanunvericiliyin nəzərdə tutduğu qaydada dərhal həll edilir. Mən zaman zaman Nazirliyin fəaliyyətini tənqid etsəm də etiraf edim ki, vətəndaş müraciətlərinə həsass yanaşan qrumlar içərisində ASAN Xidmətdən sonra ən yaxşı qrum məhz Sizin rəhbərlik etdiyiniz nazirlikdir.

26.04.2024-cü il tarixdə Ağıstafa şəhərində vətəndaşları qəbul edərkən məni də qəbul etdiniz və fermerlərin problemlərini məndən dinləmək üçün 2 saatdan çox vaxt ayırmağınızı məmnunluqla xatırlayıram. Ona görə də cənab Prezident Ilham Aliyevə vətəndaşlara bu fürsəti yaratdığı üçün müdafiə etdiyim çoxsaylı fermerlər adından minnətdar olmaqla bərabər Sizə də təşəkkür edirik.

Hörmətli cənab Nazir!

Siz görüş zamanı mənə bildirdiniz ki, qarşılaşdığınız problemlərlə bağlı Nazirliyimizə təkliflər vermək üçün Nazirliyin əməkdaşları ilə mütəmadi olaraq əlaqə saxlamağı tövsiyyə edirəm. Mən də fermerlərimizin qarşılaşdığı ciddi bir problemi Sizin diqqətinizə çatdırmağı özümə borc bilirəm. Əminəm ki, bu məsələ ilə bağlı da köməkliyinizi əsirgəməyəcəksiniz.

2023-cü ildə yaylağa köç edən fermerlərə fermer köməkçilərinin dəyişdirilməsi üçün şərait yaradılmışdır. Fermerlərimiz də bundan arxayın olaraq çətin yaylaq şəraitində köməkçilərini 2 aylıq müddətə qeyd etdirmişdirlər. Çünki 4 ayı müddətsiz olaraq yaylaqlarda çobanlıq etmək məşəqqətli bir işdir. Hələ də ki, ailə və uşaqların buraxılmadığı bir şəraitdə. Lakin bu il həmin qaydalar qüvvədən düşmüşdür və fermerlər hazırda çıxılmaz vəziyyətdədirlər. Əksər köməkçilər fermerlə razılaşdığı müddət bitdiyi üçün yayalağa getmirlər. Bu da fermerlərin qarşılaşdığı çox ciddi bir maneədir. Ona görə də Sizdən xahiş edərək təklif edirəm ki, bu il də fermer köməkçilərinin dəyişdirilməsi ilə bağlı köməkliyinizi göstərəsiniz. Fermer köməkçiləri bəzən bundan sui istifadə edərək fermerlərlə əvvəl razılaşdığı qiymətdən iki qat artıq qiymət tələb edirlər ki, bu da nəticədə kənd təsərüffatı məhsullarının qiymət artımına xidmət edcəkdir.

Əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətlə!Fermerin Köhnə Dostu

Əziz Qənbərli

Комментарии закрыты.