Sülh müqaviləsi bağlamamışdan əvvəl Azərbaycanın Ermənistana təklifi nədir? — RƏSMİ AÇIQLAMA

«Azərbaycan Ermənistana hələ tammiqyaslı sülh müqaviləsi bağlamamışdan əvvəl mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərini razılaşdırmağı təklif edir».

Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

«Hələ 2021-ci ildə biz müvəqqəti variant kimi təklif etmişdik ki, bu prinsiplərin uzlaşdırılması ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri yarada bilər», — o qeyd edib.

Jurnalistlərin sualını cavablandıran prezidentin köməkçisi onu da bildirib ki, ATƏT-in Minsk qrupunun mövcudluğu üçün heç bir əsas yoxdur.

«Azərbaycan təklif edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etsin. Buna ehtiyac yoxdur. Çünki əgər münaqişə yoxdursa, o zaman ATƏT-in Minsk qrupunun qalması üçün hansı əsaslar ola bilər?», — H.Hacıyev vurğulayıb.

Комментарии закрыты.