Rahat yat, şəhidim! — Kəlbəcər AZADDIR — VİDEO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına mübarizə apararaq şəhid olan əsgərlərimizdən biri də əslən Kəlbəcərdən olan Məhəmmədli İsmayıl Mahir oğludur.

Gəncə şəhər, Göygöl rayon sakini olan 29 yaşlı İsmayıl Kəlbəcər rayonu 58 nömrəli məktəbi bitirib. İsmayıl evin tək oğlu olub. Yaxınları deyir ki, İsmayılın Vətənə olan sevgisi böyük idi. Onun atası Mahir Məhəmmədəli və əmisi Cabir Məhəmmədli də illərdir Vətənə qulluq edirlər.

Məhəmmədli İsmayıl Mahir oğlu Vətən Müharibəsənin ilk günündən Ordu sıralarına qoşulub və əsasən Kəlbəcər rayonu istiqamətində Murovdağ ətrafında gedən döyüşlərdə iştirak edib və sentyabrın 29-u şəhid olub. Onun şəhid olduğu dekabrın 17-də məlum olub. O zamana qədər itkin düşmüş hesab olunurdu. İsmayıl Göygöl rayon şəhidlər xiyabanında dəfn olunub.

Məhəmmədli İsmayıl Mahir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra «Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Комментарии закрыты.