ÖLÜLƏRİNİ HEYVANLARA YEM EDƏN KİMLƏRDİR?: Ayaqyolu üzünə həsrət qalan sakinlər ölkəsi — VİDEO

“Oralarda necədir?” rubrikasının bu dəfə zəngin flora və faunası ilə macərapərəstlərin sevimli ölkəsi olan Keniyadan bəhs olunub.

Şərqi Afrikada yerləşən və öz müstəqilliyini 1963-cü ildə qazanan bu dövlət bəşər övladının beşiyi hesab olunur. Burada yaşı 3 milyon il olan əmək alətləri tapılıb.

XIX əsrin əvvəllərində əsas gəliri qul bazarları olsa da, əsrin sonuna yaxın Britaniya müstəmləkəsi burada çay, qəhvə, aqava ağacı plantasiyalarının salınması ilə müşayiət olundu.

Bəs əsl safarinin nə olduğunu yaxşı bilən, zürafələri və çəhrayı flaminqoları yaxından görən Keniya əhalisi necə yaşayır?

Комментарии закрыты.