Məmməd Əmin Rəsulzadə: “Gəncliyə xitabə”

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Bu münasibətlə diqqətinizə Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərinin sonunda yazdığı “Gəncliyə Xitabə”sini çatdırırıq.

Ey gələcək nəsil, ey gənclik!

Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.

Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha
enməz!

Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi.

Bu onun tərəfindən təsəvvür olunmuşdu.

O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: «irəli, irəli Azərbaycan əsgəri» — deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə
söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan.

Комментарии закрыты.