Kəlbəcərdə qəza: Yolu keçən gənci maşın vurdu

Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimaimedia.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Abbaslı Vüqar Kəmaləddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.Report

Комментарии закрыты.