KƏLBƏCƏR: “Zar mağarası”nda qorxu dolu 167 gün – ermənilərlə BİRLİKDƏ KEÇƏN AYLAR + VİDEO

4 kəlbəcərli 1993-cü il aprelin 2-dən sentyabrın 15-nə kimi Zar mağarasında yaşayıb. Belə ki, ermənilər Kəlbəcəri işğal edəndə hamı kənddən çıxıb, üç qadın və bir kişi kəndi vaxtında tərk edə bilməyib. Onlar sağ qalmaq üçün çıxdıqları yolda erməni silahlıların atəşinə tuş gəliblər, daşların-qayaların arxasına sığınaraq sağ qalıblar və gecə geriyə — kəndə qayıdıblar. İşğalçılar bu kəndə gəlib çatanda isə sözügedən 4 nəfər çox az adama bəlli olan Zar mağarasına sığınıblar. Onlar gündüzlər mağarada qalıb, gecələr mağaranın üstündəki evlərə gedib ərzaq, pal-paltar, qab-qacaq götürüb geri qayıdıblar. Tez-tez mağaranın üstündə atəşfəşanlıq edən, oynayıb-oxuyan ermənilərin kənddə hələ də kimlərinsə qaldığından xəbəri olmayıb. Onlar kənddə post qurmuş erməni əsgərlərin, mülki şəxslərin kəndi necə qarət etdiklərinin şahidi olublar, təlim keçmiş itlərin dəfələrlə gəlib mağaranın ağzında hürmələrinin, erməni əsgərlərin mağaranın girişini axtarmalarının qorxusunu yaşayıblar.

Комментарии закрыты.