Ermənistanın baş naziri: “Biz bunu edə bilmərik”

Paşinyan niyə siyasətdən getmədiyini açıqlayıb.

Münhendə erməni diasporu ilə görüşdə bir sıra məsələlərə aydınlıq gətirib:

“Biz bunu edə bilmərik, çünki xalqdan səlahiyyət, mandat almışıq və sadəcə getsək, bu mandatı kimə həvalə edəcəyik? Biz bu mandatı xalqdan iki dəfə geri qaytarmışıq. Bu, ən azı o deməkdir ki, bəzi əsaslandırmalarımızı, izahatlarımızı xalq ədalətli və qanuni hesab edib”.

Qeyd edək ki, Ermənistanda 6 ilə yaxın hakimiyyətdə olan Paşinyanın rəhbərlik etdiyi siyasi partiya hər iki dəfə parlament seçkilərində qalib gəlib.

Комментарии закрыты.