Bir mahnının TARİXÇƏSİ: «Məni heyran etdi XIZI DAĞLARI»

Musiqisi Ələkbər Tağıyevin, sözləri Hafiz Baxışın olan məşhur «Xızı dağları» mahnısı təxminən 1972-ci ildən sonra yazılıb. Mahnının ilk ifaçısı əslən Xızının Qərban (Qəriban) kəndindən olan xalq artisti Qasımova Nisədir. O, bu mahnını Əhsən Dadaşovun rəhbərliyi altında Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə yazdırıb.

Mahnının söz yazarı şair Hafiz Baxış xatirələrindən birində deyir: «..Mən bu mahnının sözlərini yazana qədər heç vaxt Xızıda olmamışdım, amma mənə oranın təbiətindən o qədər danışmışdılar ki, sonda bu şeiri yarada bildim..

«Mahnı ilk günlərdən bütün ölkədə populyarlıq qazanıb, məhz buna görədir ki, o dövrün bütün məşhur müğənniləri bu mahnını oxumağa can atıblar. Məmmədbağır Bağırzadə, Kəmalə Rəhimli, Şamo İsayev, Mirməmməd Mircavadov və s. mahnını lentə yazmağa da müvəffəq olublar. Zamanının gənc ifaçıları da bu mahnını öz repertuarlarına daxil ediblər: Mətanət İsgəndərli, Eyyub Yaqubov, Nadir Qafarzadə, Çinarə Məlikzadə və onlarla istedadlı sənət adamları bu mahnıya müraciət ediblər.

İllər keçməsinə baxmayaraq bu mahnı hələ də yaşayır, bütün el şənliklərində bu nəğmə sevərək oxunur, sədaları altında rəqs edilir..

Təqdim etdi: Arzu Bəybalaqızı

Комментарии закрыты.