Bir il ərzində bütün qapıları döydüm, amma… — Suraxanıda şəhid bulağına hörmətsizlik + VİDEO

Suraxanı rayonu, Südçülük sovxozu, Mübariz İbrahimov küçəsində məhəllə sakinləri antiterror tədbirləri zamanı şəhid olan Savalan Qafarovun adına bulaq inşa etdiriblər. Lakin təəssüflər olsun ki, bulağın kranından su gəlmir.

İctimaimedia.az xəbər verir ki, şəhidin ailəsi məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, problem həll olunmayıb.

“Bir il ərzində bütün qapıları döydüm, heç kim kömək etmədi. Hamı bilir ki, burada su problemi var. Yola vermək üçün bizi bəzədilmiş cümlələrlə yola verirlər. “Siz bizim başımızın tacısınız” deyirlər, amma başının tacı dediyinin qapısında su yoxdur”, – deyə şəhidin atası narazılığını dilə gətirib.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin məsələ ilə bağlı açıqlaması belə olub:

“Qeyd olunan ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məxsus mərkəzləşmiş içməli su şəbəkəsi mövcud deyil. Əraziyə su şəbəkəsinin çəkilməsinə dair layihə sənədlərinin hazırlanması istiqamətində müraciət olunub. Yaşayış məntəqələrində su şəbəkəsinin inşası işlərinin icrası tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır”.

Комментарии закрыты.