Türkiyə ordusu 6 PKK-çını məhv etdi

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat keçirib.

ictimaimedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

«Terrora və terrorçulara qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edir. Şimali İraqın “Pəncə Qaplan” və “Pəncə Şimşək” əməliyyat bölgələrində aşkarlanan 6 PKK terrorçusu məhv edilib», — m əlumatda qeyd olunub.