Telefonlar olmayacaq, insanlar ünsiyyəti belə quracaq

Gələcəkdə telefonlar olmayacaq.

Bunu amerikalı sahibkar və milyarder İlon Mask X sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, gələcəkdə insanlar telefonlardan istifadəni dayandıracaq və ünsiyyət üçün beyin implantlarına ehtiyac duyacaqlar:

«Beyninizə yeni X telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysi quraşdırardınızmı?» , — deyə Elon Musk sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Qeyd edək ki, yanvar ayında Mask ilk insana “Neuralink” implantı quraşdırıldığını və vəziyyətinin yaxşı olduğunu açıqlamışdı.