Təbii fəlakət: Dünyanın ikinci ən uzun çayında suyun səviyyəsi tarixi minimuma endi — VİDEO

Amazon tarixindəki ən güclü quraqlıq çayda suyun səviyyəsini tarixi minimuma endirib. Bəzi ərazilərdə əvvəllər gəmiçilik üçün yararlı olan çay məcraları quruyub. 

Suları Peru And dağlarından başlayan qüdrətli Amazon çayının əsas qollarından biri olan Solimoines Kolumbiya ilə sərhəddə yerləşən Braziliya şəhəri Tabatingdə tarixin ən aşağı səviyyəsinə enib. Aşağı axında isə Solimoins qolu tamamilə quruyub. Ötən ilki quraqlıqda 200-dən çox şirin su delfininin öldüyü yaxınlıqdakı Tefe gölü də quruyub.
«Biz kritik bir ildən keçirik», deyə «Greenpeace» nümayəndəsi Romulo Batista bildirib.

Bildirilir ki, kritik quraqlıq Braziliyanın bitki örtüyünün çox hissəsini yandırır və Cənubi Amerikada ardıcıl ikinci ildir meşə yanğınlarına səbəb olur.

«İqlim dəyişikliyi artıq gələcəkdə, 10 və ya 20 ildən sonra narahatlıq doğurmur. Çünki o, buradadır və gözlədiyimizdən daha çox gücə malikdir», deə Batista əlavə edib.

Cənubi Amerikadakı Amazon çayı hövzəsinin sahəsinə, su sərfiyyatına görə dünyada birinci, uzunluğuna görə ikinci (Nildən sonra) çaydır.