«Şuşa və Hadrutdan köçkün 260 hay ailəsi Xankəndinə- yeni binalara köçürülür…-FOTO

Xankəndinin Tumanyan küçəsində Ermənistanın “Hayastan” fondu tərəfindən tikilən yaşayış kompleksi artıq hazırdır və öz sakinlərini gözləyir.

Erməni mediasının yazdığına görə, bu barədə “Hayastan” ümumerməni fondu məlumat yayıb. «Şuşa və Hadrutdan köçürülmüş 44 günlük müharibənin qurbanları olan 260 ailə artıq öz mənzillərinə sahib olacaq»- xəbərdə belə deyilir.

 Xatırladaq ki, 2021-ci ilin əvvəllərindən bəri Xankəndinin göstərilən ünvanında, eləcə də Şuşa rayonunun şəhərə bitişik olan Malıbəyli kəndində Şuşa, Hadrut, Kəlbəcər və s. ərazilərdən köçürülmüş ermənilər üçün qanunsuz olaraq yeni çoxmənzilli binaların tikintisi barədə  dəfələrlə xəbərdarlıq edilib.Moderator.az