“Rusiya yoxdursa, dünya bizə niyə lazımdır?” — Moskvadan şok təhdid

Rusiyanın Ukraynanı işğal etmək cəhdi bütün dünyada etirazlara səbəb olub. Ukraynalıların müqavimətindən çaşqınlığa düşən rus qoşunları iki ölkə arasında danışıqların xəbərini gözləməyə başlayıb. Amma ötən gün Rusiya Prezidenti Putinin nüvə qüvvələrinin döyüş hazır vəziyyətə gətirilməsi barədə əmrindən sonra birdən-birə nüvə savaşı gündəmə gəlib. 

“Putinin baş təbliğatçısı” adlandırılan Rusiya dövlət televiziyası da Qərbi və ABŞ-ı nüvə silahları ilə hədələyib. 

“Bizim sualtı gəmilərimiz 500-dən çox nüvə başlığını vura bilər. Bu, ABŞ və bütün digər NATO ölkələrinin məhvi deməkdir”, — teleaparıcı Dmitri Kiselyov deyib. 

O, Rusiyasız dünyada başqa ölkələrin mövcudluğunun önəmsiz olduğunu bildirib: 

“Rusiya yoxdursa, dünya bizə niyə lazımdır? Rusiyanın nüvə silahları dünyanın ən sürətli strateji bombardmançı təyyarələrinə yerləşdirilib. Bu gün bizim nüvə triadası yüksək hazırlıq vəziyyətindədir. Putin Qərbə xəbərdarlıq etdi. Rusiyanı qorxutmağa çalışmayın”. Teleqraf.com