«Putin qəzəblidir, silah çatmır, raketlər azlıq edir»

Gecə müşavirə keçirilib. Putin Uraldadır. Biznesmenləri qəsdən müşavirəyə çağırırlar ki, heç kim təşviş içində ölkədən uçub getməsin. 

Hava limanlarından şəxsi uçuşlara icazə verilmir. 

Qabaqcadan Ukrayna tərəfindən bütün istehkamlar atəşə tutulub. Taktiki plan mövcud deyildi.İqtibas gətirirəm: «Bizdə hər şey kortəbii olub». Hər şeyi bir — dörd  günə ələ keçirməyə ümid ediblər. 

Maliyyə itkilərini hesablayırlar. Müharibə hər gün 20 milyard dollara başa gəlir. 

Putin qəzəblidir. O, əmin idi ki, bu, onun üçün yüngül gəzinti olacaq.

Raketlər azdır. Üç, uzağı dörd günə yetəcək. Onları qoruyurlar. 

Silah artıq çatışmır. Tuladakı zavod və Rotenberqin daha iki zavodu silah sifarişlərini icra edə bilmir. Tüfənglər və güllələr çatmır. Fiziki cəhətdən mümkün deyil. Silah çatışmır. Növbəti silahı üç-dörd gündən sonra almaq mümkün olacaq. Xammal yoxdur.  

Əvvəllər əsasən Sloveniyadan, Finlandiyadan və Almaniyadan tədarük edilirdi. İndi onları blok ediblər. 

Müzakirə edilib ki, əgər Ukrayna 10 gün tab gərirərsə, danışıqlar masasına əyləşmək lazım gələcək. Ona görə ki, nə pul, nə silah, nə də resurslar çatır. Sanksiyalardan isə o qədər də çəkinmirlər. 

«Alfa» qrupu, xüsusi əməliyyatlar qüvvələri hələ fevralın 18- dən Kiyev ətrafındadır. 

Ona hesablayıb ki, ön hissələr Kiyevi ələ keçirəcək və öz adamlarını hakimiyyətə gətirəcək. Və guya bunun üçün nə pul, nə hərbçilər, nə də silah lazım olacaq. 

Dinc əhaliyə qarşı təxribatlar hazırlanır. Uşaqlara, qadınlara hücum edirlər. Təşviş yaratmaq üçün. Bu, onların əsas vasitəsidir. Bütün planları təşviş yaratmağa yönəlib. Və guya özləri təslim olacaq və Zelenski qaçacaq.

Hesab edirlər ki, ilk olaraq Xarkov şəhəri təslim olacaq. Digər şəhərlər də qan tökülməsinin qarşısını almaq üçün təslim olacaq. 

Rusiyanın hava limanları ilə bağlı problemləri var. Pilotsuz uçuş aparatları yoxdur. Xarkov yaxınlığında 200 nəfərin həlak olmasından çox kədərlidirlər. Rusiya Federasiyası tərəfindən itkilər ciddidir. 

İqtibas: «Rəqibin şiddətli müqaviməti ilə üzləşiblər». 

Qarşıya qoylan vəzifə: doqquz gün tab gətirmək və təşvişə düşməmək.

İzah edilsin ki, raketlər, hər şey qorxutmaq üçündür. 

Hara gəldi atırlar, «təsadüfən» yaşayış evlərini hədəf alırlar…