Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”

Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bəyan edib ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır. Lakin bu sənəd əvvəlcə danışıqlar prosesində işlənib hazırlanmalıdır.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır. Amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, danışıqların nəticəsində mümkündür. Ermənistan bu danışıqlarlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik”, -deyə Paşinyan bildirib.

Mənbə: TASS