Nobel alan yazıçı: İlk bu romanımı oxuyun!

Ədəbiyyat üzrə 2024-cü il Nobel mükafatı laureatı, Cənubi Koreya yazıçısı Han Qanq ilk açıqlamasını verib.

Yazıçı yüksək mükafata görə minnətdarlığını bildirib.

«Mən bu mükafatı almaqdan şərəf duyuram və sizin dəstəyinizi həqiqətən yüksək qiymətləndirirəm», — bunu Han Qanq Nobel Komitəsinin nümayəndəsi ilə söhbətində bildirib.

Yazıçı oxucularına onun yaradıcılığı ilə tanış olmaq üçün 2021-ci ildə nəşr olunan «Əlvida demirəm» adlı son romanı ilə başlamağı tövsiyə edib.

2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Qanqa verilib. Yazıçı bu mükafata güclü poetik nəsrinə görə layiq görülüb.