Neftçalada qeyri-adi hadisə: Azyaşlını naməlum varlıqlar izləyir? — VİDEO

Neftçalanın Qırmızıkənd kəndində yaşayan Məmmədovlar ailəsi qəribə hadisə ilə üzləşib.

İddiaya görə, gecə saatlarında evə daş atılır və hər kəs qorxu içindədir.

“Bakıda idim. Evə gələndə belə bir hadisə yaşandığını dedilər. Övladımla zirzəmiyə girəndə gördüm ki, daş yuxarıya dəyib düşdü. Gecə saat 4-də də səs gəlir”, – evin sahibi Rahil Məmmədov deyib.

4 nəfərdən ibarət ailə yaşayış yerini dəyişdikdən sonra müşahidə ediblər ki, bu hal yalnız onların 11 yaşlı qızı Gülər Məmmədovanın olduğu yerlərdə baş verir.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub və araşdırma aparılır.