Küveyt məhv olmaq ərəfəsində

Dünyanın ən böyük neft istehsalçılarından olan Küveyt qlobal istiləşmə səbəbindən yaşayış üçün mümkünsüz əraziyə çevrilir.

Bu barədə «Blumberq»də dərc olunan məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, bir neçə həftə əvvəl ölkədə temperatur pik həddə qalxıb. Ötən ilin iyun ayında temperatur 50 dərəcə həddini keçib.

Dövlət Ətraf Mühitin Mühafizəsi Agentliyinin proqnozlarına görə, 2071-2100-cü illərdə ölkə üzrə orta temperaturun iqlim normasından 4,5 dərəcə yüksək olacağı gözlənilir ki, bu da ərazini yaşayış üçün yararsız edəcək.

Flora və fauna artıq təhlükə altındadır: quşlar yayda su və kölgənəcək tapa bilmir və ölür, məməli heyvanlar isə istidən əziyyət çəkirlər. Bundan əlavə, vəhşi heyvanlar adi yaşayış yerlərində yaşıllıq tapa bilməyib şəhərlərə axın edirlər.