Kəlbəcərdə çəkilmiş bu video sosial şəbəkələri ayağa qaldırdı — Nazirlikdən reaksiya

Kəlbəcərdə çəkilmiş və sosial şəbəkələrdə yayılmış son görüntülər ciddi etirazlara səbəb olub.

Heyvanların qanunsuz ovlanmasını əks etdirən görüntülərə həyəcansız baxmaq mümkün deyil.

Belə ki, görüntülərdə ceyranların və dağ keçilərinin başlarının kəsilərək yolun kənarına atılması əks olunub.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışılıb.

Nazirlik məsələdən xəbərdar olduqlarını bildirərək yaxın saatlarda bununla bağlı rəsmi açıqlamanın veriləcəyini bəyan edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan isə qeyd edilib ki, Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb.

Bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb:

İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır.”

Videonu təqdim edirik:

https://t.me/oxuaze/104276?embed=1