İranlı “ekspert”dən Azərbaycana təhdid: “Ordu müdaxilə edəcək”

“Qarabağda qondarma “Dünya azərbaycanlıları qurultayı”nın keçirilməsi İrana açıq mesajdır”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini özünün “Twitter” hesabında yazıb.

“Bu, İran “millətinə” qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Konstitusiyasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə edəcək”, – S.Seyfəddini bildirib.