“Omikron”un yaranması koronavirusun sonunun əlamətidir”.
Bu sözləri rusiyalı baş infeksionist, tibb elmləri doktoru, professor Vladimir Nikiforov bildirib.
“Hesab edirəm ki, pandemiya yaya qədər bitməlidir”, — deyə Nikiforov vurğulayıb.
O qeyd edib ki, əhalinin bir hissəsi bunu hiss etmədən, asimptomatik olaraq “Omikron”a yoluxacaq.
Nikiforov izah etdi ki, yoluxma sayında artıq kifayət qədər böyük artım olsa da, xəstəxanalar dolu deyil, bu o deməkdir ki, “Omikron” “Delta” ştammı qədər ağır deyil.
Mənbə: RİA Novosti